Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb

Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb


Ukrayna Nazirlər Kabineti pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün 5 milyard qrivna (təxminən 130 milyon dollar) ayırıb.

Ukraynanın Baş naziri Denis Şmıqal bu barədə özünün media hesabında yazıb.

“Təhlükəsizlik və müdafiə qüvvələrinə əlavə olaraq 5 milyard qrivna vəsait ayrılıb. Bu vəsait hərbçilərə lazım olan pilotsuz aparatların alınmasına sərf olunacaq”, - deyə Denis Şmıqal bildirib.

Baş nazirin sözlərinə görə, bu il hakimiyyət orqanları hərbi sənaye kompleksinin inkişafı üçün əlavə olaraq 1,36 milyard dollar, dron istehsalı üçün isə ümumilikdə 1 milyard dollardan çox vəsait ayırıb.

Geri dön