Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə İraq sərhədinin təhlükəsizliyini tam təmin edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyə İraq sərhədinin təhlükəsizliyini tam təmin edəcək

Türkiyə İraq sərhədinin təhlükəsizliyini tam təmin edəcək


Türkiyə bu ilin yay aylarından etibarən İraq sərhədinin təhlükəsizliyini tam təmin edəcək.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsgərlərlə iftar yeməyində bildirib.

“Bu ilin yay aylarından etibarən İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik, Suriyada isə yarım qalan işlərimizi mütləq tamamlayacağıq”, - deyə Ərdoğan bildirib.

Güclü orduya sahib olmağın Türkiyə üçün seçimdən daha çox öhdəlik olduğunu qeyd edən Ərdoğan ölkəsinin son illər müdafiə sənayesi sahəsindəki uğurlarından bəhs edib, hazırda hədəfin insansız sualtı qayıqlar hazırlamaq olduğunu deyib.

Bu günün tarixi əhəmiyyətindən bəhs edən Prezident Ərdoğan Çanaqqala şəhidlərini yad edərək bölgədə terrordan azad bir mühitin yaradılmasını təkcə şəhidlərə deyil, gələcək nəsillərə də bir borc kimi gördüklərini vurğulayıb.

Geri dön