Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Moskvadakı son terror aktı göstərdi ki, terrora qarşı susqunluq davam edəndə bu cür hallar dünyanın ən güclü dövlətlərinə də yol tapır.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Moskvadakı son terror aktı göstərdi ki, terrora qarşı susqunluq davam edəndə bu cür hallar dünyanın ən güclü dövlətlərinə də yol tapır.

Fərəc Quliyev:Moskvadakı son terror aktı göstərdi ki, terrora qarşı susqunluq davam edəndə bu cür hallar dünyanın ən güclü dövlətlərinə də yol tapır.


Bugünlərdə Moskva vilayətindəki “Krokus Siti Holl”da baş verən terror aktı bütün dünyanın diqqət mərkəzindədir.

Maraqlıdır, uzun müddət erməni terrorundan əziyyət çəkən, bu gün də mina terroruna məruz qalan Azərbaycanın Krokusda baş verən terror fonunda erməni terrorizmini bir daha gündəmə gətirməsi effektiv olarmı?

Moderator.az-a açıqlama verən sabiq millət vəkili Fərəc Quliyev belə bir addımın faydalı olacağını vurğulayıb:

“Azərbaycanın terrora münasibəti birmənalıdır. Azərbaycan terroru lənətləyir. Biz heç vaxt terroru mübarizə üsulu kimi qəbul etməmişik. Prezidentimiz xalqımız adından Rusiya prezidentinə başssağlığı verib. Terror insanlığa qarşı cinayətdir və qəbuledilməzdir.
Ermənistan əsrlərdir ki, Azərbaycana qarşı terror siyasəti yürüdüb. Bütün bunlar dünyanın gözü önündə baş verib və dünya buna susub. Halbuki, ABŞ-dakı 11 sentyabr terroru, eləcə də Moskvadakı son terror aktı göstərdi ki, terrora qarşı susqunluq davam edəndə bu cür hallar dünyanın ən güclü dövlətlərinə də yol tapır.

Sizinlə tamamilə razıyam ki, Azərbaycan baş verənlər fonunda ermənilərin xalqımıza qarşı törətdiyi terror siyasətini bir daha ifşa etməli, Xocalı və digər torpaqlarımızdakı qətliyamları dünyanın diqqətinə çatdırmalıdır.

Ermənstanın keçmiş prezidenti Xocalı soyqırımında bilavasitə iştirak edib və daha sonra ən nüfuzlu tribunalardan etdiklərinə görə peşman olmadığını bildirib. Biz Ermənistanın keçmiş siyasi-hərbi rəhbərliyinin məsuliyyətə cəlb edilməsi məsələsini də gündəmə gətirməli, bu istiqmaətdə bütün mümkün addımları atmalıyıq”.

Seymur ƏLİYEV/moderator.az


Geri dön