Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə bələdiyyə seçkiləri sona çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türkiyədə bələdiyyə seçkiləri sona çatıb

Türkiyədə bələdiyyə seçkiləri sona çatıb


Türkiyədə yerli özünüidarəetmə orqanları seçkilərinə səsvermə bitib.

Bu barədə Türkiyə Ali Seçki Şurası (YSK) bildirib.

Məlumata əsasən, səsvermə bugün Türkiyə saatı ilə səhər 08:00-da başlayıb.

Qeyd edək ki, 61 milyon 441 mindən çox seçici səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparıblar. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.

Əlavə olaraq bildirək ki, Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasından (AK Parti) İstanbul Böyükşəhər Bələdiyyə başçılığına Murat Kurum, Ankara Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə isə Turgut Altınokun namizədliyi irəli sürülüb.

Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasından (CHP) isə İstanbul Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə Əkrəm İmamoğlunun, Ankara Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə isə Mansur Yavaşın namizədliyi irəli sürülüb.

Geri dön