Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yeni Fələstin hökuməti rəsmən fəaliyyətə başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Yeni Fələstin hökuməti rəsmən fəaliyyətə başlayıb

Yeni Fələstin hökuməti rəsmən fəaliyyətə başlayıb


Məhəmməd Mustafanın rəhbərliyi ilə yeni Fələstin hökuməti and içərək, rəsmən fəaliyyətə başlayıb.

Bu barədə Fələstinin "WAFA" agentliyi xəbər verib.

Məlumata görə, mərasim Fələstin Milli Administrasiyasının (FMA) inzibati mərkəzi olan Ramallahda prezident Mahmud Abbasın iştirakı ilə baş tutub. FMA rəhbəri yeni kabinetin mühüm vəzifələrini Qəzza sakinlərinə humanitar yardım göstərmək, köçkünlərin öz evlərinə qayıtmaq istəyində dəstəkləmək və anklavın tam yenidən qurulması adlandırıb.

Abbas qeyd edib ki, Fələstin Azadlıq Təşkilatı “Fələstin xalqının yeganə qanuni nümayəndəsidir” və yalnız onun siyasi sahədə maraqlarını, o cümlədən İsraillə barışıq əldə etmək məsələlərində müdafiə edə bilər.

Geri dön