Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Belarus bu ölkələrlə sərhəddə hərbi təlimlərə başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Belarus bu ölkələrlə sərhəddə hərbi təlimlərə başlayıb

Belarus bu ölkələrlə sərhəddə hərbi təlimlərə başlayıb


Belarus Ukrayna, Litva və Polşa ilə sərhədləri boyunca hərbi təlimlərə başlayıb.

Bu barədə Belarus Müdafiə Nazirliyi özünün "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, 2-4 aprel tarixlərində Qomel və Qrodno vilayətlərində keçirilən təlimlər qoşunların ərazinin müdafiəsinə hazırlanmasına yönəlib. Təlimlərdə tətbiq edilən taktikadan hərbi vəziyyət elan olunduğu halda da istifadə olunacaq.

Qeyd edək ki, Qrodno Belarusun cənub-şərqində, Ukrayna ilə sərhəddə, Kiyevdən təxminən 280 kilometr aralıdadır. Qomel bölgəsi Belarusun qərbində - Litva-Polşa sərhədi yaxınlığında yerləşir.

Geri dön