Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bayden İsraili Qəzzada humanitar işçilərini kifayət qədər qorumamaqda günahlandırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Bayden İsraili Qəzzada humanitar işçilərini kifayət qədər qorumamaqda günahlandırıb

Bayden İsraili Qəzzada humanitar işçilərini kifayət qədər qorumamaqda günahlandırıb


ABŞ prezidenti Co Bayden hesab edir ki, İsrail Qəzza zolağında mülki insanları qorumaq üçün kifayət qədər səy göstərmir.

Bu barədə ABŞ prezidentinin açıqlamasında bildirilib.

"İsrail dinc insanlara çox ehtiyacı olan yardımı çatdırmağa çalışan yardım işçilərini qorumaq üçün kifayət qədər iş görməyib. İsrail mülki insanları qorumaq üçün də kifayət qədər iş görməyib", - deyə C.Bayden qeyd edib.

O əlavə edib ki, ABŞ Qəzzanın mülki əhalisinə humanitar yardımın çatdırılması üçün mümkün olan hər şeyi etməyə davam edəcək.

Geri dön