Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Yuventus" "Latsio"nu məğlub edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > "Yuventus" "Latsio"nu məğlub edib

"Yuventus" "Latsio"nu məğlub edib


Futbol üzrə İtaliya Kubokunda yarımfinal mərhələsinə start verilib.

Günün yeganə oyununda "Yuventus" "Latsio"nu qəbul edib. Görüş "qoca sinyora"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda qolları Federiko Kyeza və Duşan Vlahoviç vurub.

Komandalar arasında cavab oyunu aprelin 23-də keçiriləcək.

Qeyd edək ki, yarımfinalın digər oyunu aprelin 3-də "Fiorentina" və "Atalanta" komandaları arasında baş tutacaq.

Geri dön