Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Daha bir güləşçimiz olimpiadaya lisenziya qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Daha bir güləşçimiz olimpiadaya lisenziya qazanıb

Daha bir güləşçimiz olimpiadaya lisenziya qazanıb


Azərbaycanın daha bir sərbəst güləşçisi Turan Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

74 kq çəki dərəcəsində çıxış edən idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu reallaşdırıb.

74 kq çəkidə çıxış edən güləşçi Fransa paytaxtına vəsiqəni Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində əldə edib. Tobias Portmannı (İsveçrə) 10:0, Zurab Kaprayevi (Rumıniya) 5:1 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinalda Frank Çamizo Markezi (İtaliya) üstələyib – 8:8. Bu qələbə Bayramova dördilliyin ən mötəbər multiidman yarışında iştirak hüququ verib

Geri dön