Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zelenski: “Düşmənə çox konkret və ədalətli cavab hazırlayırıq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Zelenski: “Düşmənə çox konkret və ədalətli cavab hazırlayırıq”

Zelenski: “Düşmənə çox konkret və ədalətli cavab hazırlayırıq”


Ukrayna prezident Vladimir Zelenski əmin edir ki, Ukrayna Rusiya ordusunun Xarkova qarşı törətdiyi terrora konkret cavab hazırlayır.

Bu barədə dövlət başçısı Telegram-da məlumat verib.

Zelenski qeyd edib ki, o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski ilə əlaqə saxlayır. “Biz cəbhədəki vəziyyəti ətraflı müzakirə etdik və gələcək fəaliyyətlərimizi planlaşdırdıq”, - prezident vurğulayıb.

Bundan əlavə, müdafiə naziri Rustem Umerov sursatla bağlı vəziyyət barədə məlumat verib. “Biz əlimizdən gələni edirik ki, hər bir döyüş briqadası dövləti müdafiə etmək üçün lazım olan hər şeyə malik olsun”, - deyə Zelenski vurğulayıb.

"Rusiya bir dəqiqə belə dayanmır. Biz xalqımızı etibarlı müdafiə ilə təmin etməyə çalışırıq. Biz düşmənə çox konkret və ədalətli cavab hazırlayırıq", - Zelenski vurğulayıb.


Geri dön