Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Premyer Liqa klubunun 2 xalı silinib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Premyer Liqa klubunun 2 xalı silinib

Premyer Liqa klubunun 2 xalı silinib


İngiltərənin “Everton” klubu növbəti dəfə xal cəzasına məruz qalıb.

Premyer Liqa təmsilçisinin hesabından daha 2 xal silinib.

Buna maliyyə qaydalarının pozulması səbəb olub. Cəza 2022/23 mövsümündə bitən üçillik dövrdəki maliyyə fəaliyyətinə görə verilib.

Bu klubun ilk cəzası deyil. Cari mövsüm “Everton”dan 10 xal da silinib. Klubun apelyasiyasından sonra həmin cəza 6 xala endirilib.

Qeyd edək ki, “Everton” 27 xalla 16-cı pilləyə yuvarlanıb.

Geri dön