Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsmayıllının deputatı: “Prezidentin sərəncamı yerində atılmış addım oldu” - MÖVQE
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > İsmayıllının deputatı: “Prezidentin sərəncamı yerində atılmış addım oldu” - MÖVQE

İsmayıllının deputatı: “Prezidentin sərəncamı yerində atılmış addım oldu” - MÖVQE


Milli Məclisin İsmayıllıdan seçilən deputatı Novruz Aslanov prezident İlham Əliyevin bu rayonun icra başçısının dəyişdirilməsi barədə sərəncamını bəyənib.

Açıqlamasında deputat ölkə başçısının sərəncamını yüksək qiymətləndirərək yeni icra başçısı Mirdaməd Sadıqovun uğurlu fəaliyyət göstərəcəyinə, hər şeyin ismayıllıların ürəyincə olacağına əminlityini bildirib.

“Cənab Prezidentin sərəncamını müsbət qarşılayırıq. Bu, ölkə prezidentinin verdiyi qərardır. Yeni icra başçısı ziyalı adamdır, ölkə səviyyəsində tanınan alimdir. Hətta mənim kitabımın redaktoru olub. Ağsaqqal adamdır. Hesab edirəm ki, bu düzgün, yerində atılmış addımdır. İnşallah hər şey bundan sonra da yaxşı olacaq”,-deyə millət vəkili açıqlama verib.

Anar RÜSTƏMOV

Geri dön