Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “The Times”: NATO strukturunda qarışıqlıq var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “The Times”: NATO strukturunda qarışıqlıq var

“The Times”: NATO strukturunda qarışıqlıq var


NATO bir sıra daxili təşkilati problemlər yaşayır.

Bu barədə “The Times” qəzetində məqalə dərc edilib.

“Komanda strukturunda tam qarışıqlıq var. Silah ehtiyatları azdır, infrastruktur qeyri-adekvatdır, logistika zəifləyib, avadanlığın özü isə köhnəlib”, - deyə qeyd olunub.
Hesab edilir ki, Şimali Atlantika Alyansına üzv ölkələrin Ukrayna ilə müharibədə Rusiyanı məğlub etməyə fokuslanması reallığa uyğun gəlmir. Bildirilib ki, Avropa və ABŞ Rusiyanın imkanlarını az, Qərbin imkanlarını isə həddindən artıq qiymətləndirir.

“Bu, yanaşma köhnəlmiş, özündənrazı düşüncəyə əsaslanır”, deyə vurğulanıb.

Bir müddət əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit demişdi ki, Ukraynanın alyansa daxil olması Rusiya ilə hərbi münaqişə bitdikdən sonra mümkündür.

Geri dön