Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsrail İrana zərbə endirmək qərarına gəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İsrail İrana zərbə endirmək qərarına gəlib

İsrail İrana zərbə endirmək qərarına gəlib


İsrail İrana zərbə endirmək qərarına gəlib.

Bu barədə İsrail KİV-ləri xəbər verib.

Məlumata əsasən, müvafiq qərar İsrail hərbi kabinetinin iclasının yekunu üzrə qəbul edilib.

Qeyd olunub ki, zərbə "mümkün qədər tez" endirilməlidir.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

Geri dön