Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > CHP sədri AŞPA-da Azərbaycana dəstəyini ifadə edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > CHP sədri AŞPA-da Azərbaycana dəstəyini ifadə edib

CHP sədri AŞPA-da Azərbaycana dəstəyini ifadə edib


Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana dəstəyini ifadə edib.

Onun sözlərinə görə, Azərbaycanla bağlı yaşanan hadisə təəssüf doğurur.

"Biz Şuranın ortaq dəyərlərini müdafiə edirik, lakin Azərbaycanla bağlı yaşanan hadisə hər iki tərəf üçün ibrətamizdir. Və bundan sonra münasibətlərin yenidən təsis edilməsi, bizim üçün çox önəmli olan Azərbaycanla Şura arasında hər cür məsuliyyəti üzərimizə götürməyə hazırıq", - partiya sədri qeyd edib.
Xatırladaq ki, yanvarın 24-də Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı dayandırıb.

Geri dön