Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda Dünya kuboku start götürür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Bakıda Dünya kuboku start götürür

Bakıda Dünya kuboku start götürür


Bu gün Bakıda bədii gimnastika üzrə ilk beynəlxalq səviyyəli yarış start götürəcək.

Milli Gimnastika Arenasında təşkil ediləcək Dünya kuboku 3 gün davam edəcək.

Yarışda 41 ölkəni təmsil edən 116 gimnast mübarizəyə qoşulacaq.

Gimnastika növünün ən zərif nümayəndələri fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük proqramında mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq 10-cu Dünya kuboku olacaq.

Geri dön