Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ötən ildə qlobal hərbi xərclər rekord həddə artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Ötən ildə qlobal hərbi xərclər rekord həddə artıb

Ötən ildə qlobal hərbi xərclər rekord həddə artıb


2023-cü ildə qlobal hərbi xərclər 2,443 trilyon ABŞ dolları təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 6,8 % çoxdur.

Bu məlumat Stokholm Sülh Tədqiqatları İnstitutu – SIPRI-nin son hesabatında yer alır.

Bildirilib ki, bu, 2009-cu ildən indiyədək ən ciddi artımdır. Müharibələr və regional münaqişə ocaqları hərbi xərclərin artmasına səbəb olur.

2023-cü ildə hərbi xərclər dünya üzrə ümumi daxili məhsulun 2,3 %-ni təşkil edib. Hərbi xərclərin çoxluğuna görə ilk yerdə 916 milyard dollarla ABŞ və 296 milyard dollarla Çin gəlir.

Geri dön