Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa çempionatında 1 boksçumuz 1/2, 2-si 1/4 finalda
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Avropa çempionatında 1 boksçumuz 1/2, 2-si 1/4 finalda

Avropa çempionatında 1 boksçumuz 1/2, 2-si 1/4 finalda


Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı davam edir.

Yarışın 5-ci günündə Azərbaycan millisinin daha 3 üzvü çıxışını qələbə ilə başa vurub.

Zeynəb Rəhimova (52 kq) 1/8 finalda Nikola Primaçenkonu (Polşa) sınağa çəkib. Hər 3 raundda üstün olan boksçumuz yekunda 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. O, aprelin 23-də Venelina Poptoleva (Bolqarıstan) ilə döyüşəcək.

Məhsəti Həmzəyeva da ilk qarşılaşmasını aktivinə yazıb. 57 kq-da çıxış edən idmançı 1/8 finalda Rebeka Dobosu (Macarıstan) məğlub edib – 5:0 (30:27, 30:27, 30:26, 30:25, 30:27). Həmzəyeva 1/4 finalda Svetlana Kamenova (Bolqarıstan) ilə üz-üzə gələcək. Görüş aprelin 23-nə təsadüf edəcək.
Yığmamızın lideri Alfonso Dominqes (92 kq) isə adını yarımfinala yazdırıb. Dünya çempionumuz 1/4 finalda isralilli Yan Zaka 4:3 hesabı ilə qalib gəlib. O, yarımfinala vəsiqə ilə özü üçün azı bürünc medalı təmin edib. Dominqes növbəti görüşünü aprelin 25-də keçirəcək.

Qeyd edək ki, bu gün Anaxanım İsmayılova (48 kq) da Lusine Gevorqyanı (Ermənistan) mübarizədən kənarlaşdıraraq 1/4 finalda iştirak hüququ qazanıb.

Geri dön