Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya sülhməramlıları Qarabağdan Ermənistana yollanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Rusiya sülhməramlıları Qarabağdan Ermənistana yollanıb

Rusiya sülhməramlıları Qarabağdan Ermənistana yollanıb


Rusiya sülhməramlıları Qarabağdan Gorus və Qarakilsədəki (Sisian) müvəqqəti dislokasiya məntəqələrinə yollanıb.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Armenpress"ə deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti Rusiyanın sülhməramlı kontingenti üçün müvəqqəti dislokasiya məntəqələri ayırıb.

"Həmçinin Laçın dəhlizinin normal fəaliyyəti üçün yer seçilib. Rusiya sülhməramlıları Qarabağı tərk etdiyindən, Ermənistanda da qala bilməzlər. Qarabağı tərk edən sülhməramlı kontingentinin buraxılması üzrə işlərin təşkili üçün sülhməramlılardan ibarət qrup və avtokolon Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yola düşüb", - o deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Geri dön