Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın XİN başçısı Aİ-ni İsrailə sanksiyalar tətbiq etməyə çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İranın XİN başçısı Aİ-ni İsrailə sanksiyalar tətbiq etməyə çağırıb

İranın XİN başçısı Aİ-ni İsrailə sanksiyalar tətbiq etməyə çağırıb


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Avropa İttifaqını İsrailə sanksiyalar tətbiq etməyə çağırıb.

“Reuters“ə istinadən xəbər veririk ki, o, bu barədə “X” hesabında yazıb.

İranlı nazir bildirib ki, sırf özünümüdafiə hüququndan istifadə etdiyi üçün Avropa İttifaqının İrana tətbiq etdiyi məhdudiyyətlər təəssüf doğurur.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Lüksemburqdakı toplantısından sonra qurumun Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell quruma üzv dövlətlərin İranın raket və pilotsuz uçuş aparatları istehsalçılarına qarşı yeni sanksiyaları razılaşdırdığını açıqlayıb.

Geri dön