Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq


77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq.

Qısa filmlər üzrə bu il 11 ölkədən namizəd iştirak edəcək.

Bunlar Azərbaycan da daxil olmaqla, Braziliya, Bolqarıstan, Kanada, Çin, Xorvatiya, Fransa, Kosovo, Litva, Portuqaliya və ABŞ-dir.

Festivalda Azərbaycanı rejissor Azər Quliyev "Sanki yoxsan" filmi ilə təmsil edəcək.

Müsabiqənin əsas mərhələsində 4 420 film arasından seçilmiş 11 qısametrajlı film təqdim olunacaq.

Qısametrajlı film üzrə "Qızıl palma budağı”nın qalibi mayın 25-də elan olunacaq.

Geri dön