Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Con Kerri: İranın tələsinə düşməyəcəyik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Con Kerri: İranın tələsinə düşməyəcəyik

Con Kerri: İranın tələsinə düşməyəcəyik


“İranın nüvə müzakirələrini gecikdirmək kimi tələsinə düşməyəcəyik”, bu fikirləri ABŞ dövlət katibi Con Kerri BMT-nin baş katibi Ban Ki Munla birgə keçirdiyi ortaq mətbuat konfransında deyib.

O bildirib ki, İranın müzakirələrə ciddi şəkildə qatılmağının vaxtı çatıb: “Danışıqlarda irəliləyişin əldə olunması üçün Tehran müzakirələrdə qətiyyətli şəkildə iştirak etməlidir. Dünyada sülh məqsədləri üçün nüvə enerjisindən istifadə edən ölkələr var. Əslində nüvə proqramının sülh məqsədli olduğunu isbat etmək çətin deyil. İran da nüvə proqramının məqsədinin müəyyən edilməsinə icazə versə, problem həll olunar. Barak Obamanın da dəfələrlə qeyd etdiyi kimi İranın nüvə probleminin diplomatiya yolu ilə həllinə vaxt var”.

Geri dön