Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasət > Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır

Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır


Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, regional nəqliyyat əlaqələrinin bərpası ölkələrin iqtisadi tərəqqisinə xidmət edəcək.

“Biz regional kommunikasiyaların açılmasında maraqlıyıq. Buna görə də “Sülh kəsişməsi” adlı təşəbbüs irəli sürmüşük. Bu layihə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirəcək. Layihənin reallaşması körfəz ölkələri ilə Qara dəniz iqtisadi regionu arasında səmərəli əlaqələrin yaranmasına xidmət edəcək”, - Mirzoyan əlavə edib.

Geri dön