Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etməyi planlaşdırır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etməyi planlaşdırır

Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etməyi planlaşdırır


Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası etirazlardan yaranan narahatlığa baxmayaraq, “Xarici agentlər haqqında” qanun layihəsini hər üç oxunuşda qəbul etməyi planlaşdırır.

Bu barədə respublikanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında danışıb.

“Biz “Xarici agentlər haqqında” qanunu qəbul edəcəyik, bir neçə gün davam edəcək diskomfort olacaq, lakin uzunmüddətli perspektivdə biz ölkəni illər boyu qütbləşmədən və radikalizmdən sığortalayacağıq”, - Kobaxidze bildirib.

Hökumət başçısı qeyd edib ki, bu qanunun qəbulu Gürcüstanın Aİ-yə inteqrasiyasını sürətləndirəcək.

Geri dön