Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günüdür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günüdür

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günüdür


Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir.

Forumun ikinci günündə 8 panel, 1 plenar sessiya və parlamentlərarası konfrans keçirilməsi nəzərdə tutulub.

Həmçinin, bu gün forumun bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Geri dön