Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avstraliya İrana qarşı yeni sanksiyalar tətbiq edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Avstraliya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Avstraliya İrana qarşı yeni sanksiyalar tətbiq edib


Avstraliya Yaxın Şərq münaqişəsinə görə İranın beş yüksək vəzifəli məmuruna və üç quruma qarşı sanksiya tətbiq edib.

Sanksiya siyahısına İranın müdafiə naziri Məhəmməd Rza Aştiani, İslam İnqılabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanı İsmayıl Kaani və başqaları əlavə olunub.

Siyahıya SEPAH-ın Hərbi Dəniz Qüvvələri, təyyarə mühərrikləri istehsalı və rabitə texnologiyaları şirkətləri də daxil edilib. Avstraliya hökuməti İranla əlaqəli ümumilikdə 90 fiziki şəxsə və 100 quruma da sanksiya tətbiq edib.

Avstraliya Xarici İşlər Nazirliyindən bildirilib ki, beynəlxalq qanunlara riayət etmək üçün İrana təzyiq göstərməkdə davam edəcək.

Geri dön