Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İtaliya nümayəndə heyətinin rəhbəri: Azərbaycan ilə əməkdaşlıq bütün sahələrdə mükəmməl inkişaf edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İtaliya nümayəndə heyətinin rəhbəri: Azərbaycan ilə əməkdaşlıq bütün sahələrdə mükəmməl inkişaf edir

İtaliya nümayəndə heyətinin rəhbəri: Azərbaycan ilə əməkdaşlıq bütün sahələrdə mükəmməl inkişaf edir


Azərbaycan ilə İtaliya arasında ikitərəfli əməkdaşlığımız bütün sahələrdə mükəmməl inkişaf edir. Bundan əlavə, bizim ortaq dəyərlərimiz var.

Bu barədə İtaliyanın Bakıdakı səfirliyinin nümayəndə heyətinin rəhbəri Rikardo Kursi Bakıda keçirilən “Azərbaycan və İtaliya - daha yaxşı qida istehsalı naminə” tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.

“Bu gün İtaliya şirkətləri ilə yeni əməkdaşlıq əlaqələri qurulacaq, B2B görüşlərdə yeni imkanlar əldə olunacaq. Kənd təsərrüfatı sahəsi ənənəvi olaraq İtaliyada güclü bir sektordur. Azərbaycan böyük ölkə deyil, amma inanılmaz iqlim qurşaqları var. Bu da çox böyük önəm daşıyır. Kənd təsərrüfatı Azərbaycan əhalisinin məşğuliyyətini təmin edir. Kənd təsərrüfatına qoyulan sərmayə məhsuldarlıq baxımından yüksək və dayanıqlı olmalıdır. Bu da ətraf mühit baxımından önəmlidir. COP29-a ev sahibliyi edən Azərbaycan üçün bu, qat-qat önəmlidir”, - deyə R.Kursi qeyd edib.


Geri dön