Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ATƏT sədri Ermənistanla Azərbaycanı danışıqları davam etdirməyə çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > ATƏT sədri Ermənistanla Azərbaycanı danışıqları davam etdirməyə çağırıb

ATƏT sədri Ermənistanla Azərbaycanı danışıqları davam etdirməyə çağırıb


ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borq “X” hesabında Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib.

O yazıb ki, müzakirələrdə rəhbərlik etdiyi təşkilatın Cənubi Qafqazda sülhün bərqərar olunmasına dair səyləri, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyasına dair fikir mübadiləsi aparılıb:

“Bir qədər əvvəl sərhədlərin delimitasiyası və demarkasiyasına dair əldə olunan razılaşma doğru istiqamətə atılan bir addımdır. Biz tərəfləri xalqların rifahı naminə sülh danışıqlarını davam etdirməyə çağırırıq. Malta ATƏT-ə sədrliyi dövründə təşkilatın dayanıqlığını gücləndirmək və COP29 ərəfəsində yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi ideyalarına sadiqdir” – ATƏT sədrinin paylaşımında belə deyilir.


Geri dön