Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əli Əsədov Belarus Baş nazirinin müavini ilə görüşdü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Əli Əsədov Belarus Baş nazirinin müavini ilə görüşdü

Əli Əsədov Belarus Baş nazirinin müavini ilə görüşdü


Mayın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfərinin əhəmiyyəti qeyd edilib, səfərin iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə yeni təkan verəcəyinə əminlik ifadə olunub.

Müzakirələr zamanı cari ilin iyun ayında Minskdə keçiriləcək Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının 14-cü iclasının əhəmiyyəti də vurğulanıb.

Görüşdə Azərbaycan ilə Belarus arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran sahələrdə gələcək qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub.

Geri dön