Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistan və Hindistan arasında müdafiə sahəsində ilk məsləhətləşmələr baş tutub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Ermənistan və Hindistan arasında müdafiə sahəsində ilk məsləhətləşmələr baş tutub

Ermənistan və Hindistan arasında müdafiə sahəsində ilk məsləhətləşmələr baş tutub


Mayın 14-də Ermənistan və Hindistanın Müdafiə Nazirlikləri arasında ilk müdafiə məsləhətləşmələri baş tutub.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclasa Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan və Hindistan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə birgə katibi Şri Vişveş Negi rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı müdafiə sahəsində, o cümlədən hərbi-texniki əməkdaşlıq, hərbi təhsil, şəxsi heyətin taktiki hazırlığı, təcrübə mübadiləsi və digər sahələrdə Ermənistan-Hindistan əməkdaşlığının gedişatı və inkişaf perspektivləri müzakirə olunub.

Regional təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrin Protokol imzalanıb. Ermənistan və Hindistan Müdafiə nazirlikləri arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Planı təsdiq edilib, ikitərəfli müdafiə sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupun yaradılması nəzərdə tutulub.


Foto

Geri dön