Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda günəş stansiyalarında elektrik enerjisinin istehsalı 7 dəfədən çox artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanda günəş stansiyalarında elektrik enerjisinin istehsalı 7 dəfədən çox artıb

Azərbaycanda günəş stansiyalarında elektrik enerjisinin istehsalı 7 dəfədən çox artıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda günəş elektrik stansiyalarında 144,4 mln. kVt·st elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 7,6 dəfə çoxdur.

Energetika Nazirliyindən verilən məlumata görə, dörd ay ərzində ölkədə külək elektrik stansiyalarında 21 mln. kVt·st elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 2%-ə yaxın azalma deməkdir.

Məlumata görə, hesabat dövründə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 90,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,4% çoxdur.

Geri dön