Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda növbəti Fintex Sammiti başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Bakıda növbəti Fintex Sammiti başlayıb

Bakıda növbəti Fintex Sammiti başlayıb


Bu gün Bakıda növbəti Fintex Sammiti başlayıb.

Builki sammit “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusuna həsr edilib.

Bu il sammit açılış nitqi və bütövlükdə 8 paneldən ibarətdir. Açılış nitqində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Visa, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyinin rəhbər şəxsləri tərəfindən çıxışları gözlənilir.

Ümumilikdə tədbirə iki gün ərzində 300-ə yaxın tərəfdaş və iştirakçı şirkət, 1500 yerli və xarici iştirakçının qatılacağı gözlənilir.

Qeyd edək ki, Fintex Sammit mayın 16-da da davam edəcək.

Geri dön