Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dolu düşüb, qar yağıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Dolu düşüb, qar yağıb

Dolu düşüb, qar yağıb


Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə intensiv leysan olub. Şahdağ, Qrız, Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Oğuzda 38 mm, Qəbələdə 36 mm, Şəkidə 28 mm, Qaxda 25 mm, Zaqatalada 24 mm, Balakəndə 20 mm, Yevlaxda 17 mm, Lənkəranda 16 mm, Tərtər, Astarada 14 mm, Gədəbəy, Şahbuzda 12 mm, Göygöldə 11 mm, Ağdamda 10 mm, Naxçıvanda 9 mm, Mingəçevir, Cəfərxan, Biləsuvarda 8 mm, Yardımlı, Şərur, Ağstafa, Beyləqan, Lerik, Sabirabad, Qusar, Naftalan, Tovuz, Culfa, İmişli, Neftçala, Gəncə, Göyçay, Zərdab, Şəmkir, Ceyrançöl, Ordubad, Qobustan, Altıağac, Quba, Qrız, Şahdağ, Bərdə, Daşkəsən, Kürdəmir, Şirvanda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.

Mayın 16-da saat 14:00 radələrində Gədəbəy rayonuna xırda dənəli dolu düşüb.

Geri dön