Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Anadolu Ankası – 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > "Anadolu Ankası – 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

"Anadolu Ankası – 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib


Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar, eləcə də beynəlxalq təlimə həsr olunmuş qısametrajlı videogörüntü təqdim olunub.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təliminə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən maraqla izlənilib.

Geri dön