Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya MN: Ölkə ərazisinə kütləvi dron hücumu olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Rusiya MN: Ölkə ərazisinə kütləvi dron hücumu olub

Rusiya MN: Ölkə ərazisinə kütləvi dron hücumu olub


Rusiyaya kütləvi dron hücumu olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hava Hücumundan Müdafiə sistemləri Rusiyanın regionları üzərində 102 PUA-nı məhv edib və ələ keçirib.

Rusiya MN-nin açıqladığı məlumata görə, 51 PUA Krım üzərində, 44 PUA Krasnodar diyarı üzərində, 6 PUA Belqorod vilayəti üzərində, 1 PUA isə Kursk vilayətinin üzərində vurulub.

Həmçinin Qara dəniz donanmasının dəniz aviasiyası və patrul katerləri Qara dənizdə Ukraynanın 6 pilotsuz katerini məhv edib.

Geri dön