Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qriqoryan: "İrəvan Rusiyadan sərhədçilərinin Türkiyə və İranla sərhəddə qalmasını xahiş etməyib"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Qriqoryan: "İrəvan Rusiyadan sərhədçilərinin Türkiyə və İranla sərhəddə qalmasını xahiş etməyib"

Qriqoryan: "İrəvan Rusiyadan sərhədçilərinin Türkiyə və İranla sərhəddə qalmasını xahiş etməyib"


İrəvan Moskvaya sərhədçilərin Zvartnots hava limanından, Ermənistan-Azərbaycan sərhədindəki 17 sərhəd-keçid məntəqəsindən, Sisian və Qorisdə Rusiya sülhməramlılarına dəstək verən 2 bazadan çıxarılmasını təklif edib, lakin onların İran və Türkiyə ilə sərhəddən çıxarılması məsələsi hazırda gündəmdə deyil.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai televiziyasının efirində deyib.

“Onlar (Rusiya tərəfi) bu təklifi qəbul edərək, İrəvanın sərhədçilərin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədindən çıxarılmasını təklif edib-etmədiyini soruşdular. Biz cavab verdik ki, orada razılaşmalar var və hazırda bunu (çıxarılma məsələsini) müzakirə etmirik. Amma bununla bağlı hər hansı xahiş olmayıb”, - Qriqoryan vurğulayıb.


Geri dön