Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran hökumətinin prezidentdən sonra ilk iclası keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İran hökumətinin prezidentdən sonra ilk iclası keçirilib

İran hökumətinin prezidentdən sonra ilk iclası keçirilib


Bu gün (22 may) İran prezidentinin ölümündən sonra hökumətin ilk iclası keçirilib.

İclasa İran prezidentinin vəzifəsini icra edən 1-ci vitse-prezident Məhəmməd Moxber başçılıq edib.

İclasda İran prezidenti İbrahim Rəisi ilə vida mərasimində iştirak edəcək xarici ölkələrin nümayəndə heyətlərinin qəbul olunması üzrə proqramlar haqda fikir mübadiləsi aparılıb.

İclasda həmçinin gömrük məsələləri, yollar və xarici ölkələrlə razılaşmalar haqda bir neçə təklif olunan sənəd müzakirə olunub və təsdiqlənib.

İranın 1-ci vitse-prezidenti Məhəmməd Moxber hökumətin iqtidarda olduğu müddətdə mərhum prezident İbrahim Rəisinin yolunun davam etdirilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər həlak olub.

Geri dön