Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya XİN: Yaponiya ilə siyasi əlaqələrin bərpasından söhbət gedə bilməz
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Rusiya XİN: Yaponiya ilə siyasi əlaqələrin bərpasından söhbət gedə bilməz

Rusiya XİN: Yaponiya ilə siyasi əlaqələrin bərpasından söhbət gedə bilməz


“Yaponiya ilə münasibətlərimiz getdikcə daha da pisləşir və biz mövcud şəraitdə rəsmi Tokio ilə siyasi təmasları bərpa etmək niyyətində deyilik”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Asiya Ölkələri Departamentinin direktoru Lyudmila Vorobyova deyib.

O həmçinin Yaponiya hökumətinin indiyədək ölkəsinə qarşı 22 sanksiya paketi qəbul etdiyini xatırladıb:

“Aydındır ki, belə bir şəraitdə Yaponiya tərəfinin təşəbbüsü ilə kəsilən siyasi əlaqələrin bərpasından söhbət gedə bilməz. Yaxşı olardı ki, münasibətlərin gələcəyi barədə rəsmi Tokionun özü düşünsün”, – rusiyalı diplomat belə deyib.

Geri dön