Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Latviya Ukraynada infrastrukturun inkişafına 6 milyon avro ayıracaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Latviya Ukraynada infrastrukturun inkişafına 6 milyon avro ayıracaq

Latviya Ukraynada infrastrukturun inkişafına 6 milyon avro ayıracaq


2024-cü ildə Latviya Ukraynada infrastrukturun inkişafına dəstək üçün 6 milyon avro ayıracaq.

Bu barədə “RBC-Ukrayna” hökumət portalına istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə də analoji məbləğdə dəstəyin veriləcəyi gözlənilir.

Ukrayna İcma İnkişafı Nazirliyinin nümayəndələri ilə Latviyanın iqtisadiyyat naziri Viktors Valainisin rəhbərlik etdiyi Latviya nümayəndə heyəti arasında keçirilən görüşdə tərəflər ölkələr arasında təchizat zəncirlərinin inkişafı, əlverişli maliyyə-iqtisadi şəraitin yaradılması və iki ölkə arasında iqtisadi əməkdaşlığın stimullaşdırılması məsələlərini müzakirə ediblər.

Geri dön