Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan, Mədəniyyət > Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib

Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib


Mayın 22-də Mədəniyyət Nazirliyində “Molla Nəsrəddin. Çətin günlərimin dostu” adlı tammetrajlı bədii film layihəsinin hazırlıq prosesi ilə əlaqədar görüş keçirilib.

Görüşdə TÜRKSOY-un baş katibi Sultan Raev, filmin quruluşçu rejissoru Xalq artisti Vaqif Mustafayev və digər qonaqlar iştirak ediblər.

Sultan Raev qeyd edib ki, filmin çəkilişləri yaxın aylarda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanda aparılacaq. Ekran əsəri qardaş türk xalqları arasında kinematoqrafiya sahəsində körpü rolunu oynayacaq.

Geri dön