Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Partiyam seçkilərə qatılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Partiyam seçkilərə qatılacaq

Fərəc Quliyev:Partiyam seçkilərə qatılacaq


Milli Dirçəliş Hərəkatı Partiyası da parlament seçkilərində iştirak edəcək.

Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri Fərəc Quliyev məlumat verib.

Sədr partiyanın hər zaman seçkilərində iştirakını məqbul sayır:

"Namizədlərin iştirakı ilə bağlı partiyada hələ heç bir müzakirə aparılmayıb. Seçki elan olunandan sonra müzakirələr aparılacaq".

Fərəc Quliyevin özünü seçkilərdə namizəd olub-olmamasına gəlincə, sədr bu barədə hələ qərar vermədiyini deyib:

"Partiya seçkidə iştirak edəcək, amma mənim fərdi qaydada iştirak edib-etməməyim seçki elan ediləndən sonra aparılan müzakirələrdə bəlli olacaq".

Bahar Rüstəmli/qaynarinfo.az

Geri dön