Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanla birgə həyata keçirdiyimiz layihələr Avrasiya məkanında önəmli amil rolunu oynayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Gürcüstanla birgə həyata keçirdiyimiz layihələr Avrasiya məkanında önəmli amil rolunu oynayır

Gürcüstanla birgə həyata keçirdiyimiz layihələr Avrasiya məkanında önəmli amil rolunu oynayır


Strateji əhəmiyyət daşıyan və birgə həyata keçirdiyimiz nəqliyyat, enerji və digər infrastruktur layihələri xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, daha geniş regionda – Avrasiya məkanında önəmli amil rolunu oynayır və əvəzolunmaz imkanlar açır.

Bu, Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrikində əksini tapıb.

“Əminəm ki, xalqlarımızın rifahı, bölgəmizin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-Gürcüstan əlaqələrinin bütün sahələrdə genişləndirilməsi, birgə təşəbbüslərimizin reallaşdırılması, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.


Geri dön