Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Netanyahu HAMAS-ın atəşkəs təklifini rədd edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Netanyahu HAMAS-ın atəşkəs təklifini rədd edib

Netanyahu HAMAS-ın atəşkəs təklifini rədd edib


İsrailin Baş naziri Benyamin Netanyahu HAMAS-ın Qəzzada atəşkəslə bağlı təklifini rədd edib.

Bu barədə İsrailin “KAN” telekanalı məlumat yayıb.

Bildirilib ki, sonuncu müzakirələr zamanı səsləndirilən təklif İsrailin hökumət başçısına çatdırılsa da o axırıncı HAMAS döyüşçüsü qalanadək mübarizənin davam etdiriləcəyini bildirib.

Məlumata əsasən, İsrail tərəfi mayın 25-də əsirlərin mübadiləsi və atəşkəslə bağlı danışıqların növbəti həftədən davam etdirməyə hazır olduğunu bildirib. Hökumətdən verilən açıqlamada qeyd olunub ki, qarşı tərəf bu təklifi cavabsız qoyub.


Geri dön