Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı və Abşeronda tozlu hava şəraiti davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Bakı və Abşeronda tozlu hava şəraiti davam edir

Bakı və Abşeronda tozlu hava şəraiti davam edir


Avtomatik meteoroloji stansiyalardan əldə olunan məlumatlara görə, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”, - o deyib.

Xatırladaq ki, dünən saat 22:00 radələrində havada tozun miqdarının normadan 3-3.5 dəfə yüksək olduğu qeydə alınmışdı.


Geri dön