Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yeni müdafiə və təhlükəsizlik tərəfdaşlığı yaratmaqla əməkdaşlıq sistemimizi genişləndirməliyik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Yeni müdafiə və təhlükəsizlik tərəfdaşlığı yaratmaqla əməkdaşlıq sistemimizi genişləndirməliyik

Yeni müdafiə və təhlükəsizlik tərəfdaşlığı yaratmaqla əməkdaşlıq sistemimizi genişləndirməliyik


Avropa İttifaqı (Aİ) üçüncü ölkələrlə müdafiə sazişləri şəbəkəsini yaratmaq niyyətindədir və bütün maraqlı tərəfləri bu sazişə qoşulmağa çağırır.

Bu barədə Brüsseldə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel təhlükəsizlik məsələlərinə həsr olunmuş forumun açılışı zamanı bildirib.

“Təhdidlərin sayı artır. Biz yeni müdafiə və təhlükəsizlik tərəfdaşlığı yaratmaqla əməkdaşlıq sistemimizi genişləndirməliyik. Mən indicə iki dövlətlə - Moldova və Norveçlə yeni saziş imzaladım. Daha altı sazişin hazırlanması prosesi gedir. Biz bütün dünya üzrə müdafiə tərəfdaşlığı şəbəkəsi yaratmaq istəyirik, buna görə də bizimlə müdafiə əməkdaşlığını inkişaf etdirmək istəyən hər bir kəsi bu proqrama qoşulmağa dəvət edirəm”, - deyə J.Borrel bildirib.

Vüqar Seyidov

Geri dön