Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şahin Mustafayev iranlı nazirlə iki ölkə arasında əldə olunan son razılaşmaları müzakirə edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Şahin Mustafayev iranlı nazirlə iki ölkə arasında əldə olunan son razılaşmaları müzakirə edib

Şahin Mustafayev iranlı nazirlə iki ölkə arasında əldə olunan son razılaşmaları müzakirə edib


Azərbaycan-İran Müştərək Komissiyasının həmsədrləri - Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı Şahin Mustafayev helikopter qəzası zamanı İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və digərlərinin həlak olması ilə bağlı başsağlığı verib.

Bəzrpaş Tehranda keçirilən anım mərasimində Azərbaycan nümayəndə heyətinin iştirakına görə minnətdarlığını bildirib.

Tərəflər iki ölkə prezidentlərinin “Qız Qalası” bəndində keçirilən görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Geri dön