Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya XİN: Onlara Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq lazımdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Rusiya XİN: Onlara Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq lazımdır

Rusiya XİN: Onlara Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq lazımdır


Biz Azərbaycanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qururuq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, mayın 28-də Azərbaycan Respublikasının Müstəqillik Gününü qeyd etdiklərini, Azərbaycanın Moskvadakı səfirliyi tərəfindən təşkil olunmuş rəsmi qəbulda Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinin Rusiya-Azərbaycan münasibətlərini ətraflı dəyərləndirdiyini xatırladıb.

Zaxarova “Cənubi Qafqazdakı həyacanverici vəziyyətdən də danışıb”. O bildirib ki, bunlar əsasən qərblilərin destruktiv fəaliyyəti ilə bağlıdır.

“Bakı bu barədə danışır və biz müvafiq qiymət veririk. Qərbə vəziyyəti silkələmək lazımdır. Region ölkələri onların nöqteyi-nəzərindən bir-biri ilə əlaqə yaratmamalı, düşmənçilik etməlidirlər. Qonşuları iqtisadiyyat, ticarət və ya infrastruktur deyil, bitib-tükənməyən hesablaşmalar maraqlandırmalıdır. Onlara Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq lazımdır. Bu tendensiyaları hamı görür", - Rusiya XİN sözçüsü vurğulayıb.

Geri dön