Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bayden Fransaya ilk dövlət səfərini edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Bayden Fransaya ilk dövlət səfərini edəcək

Bayden Fransaya ilk dövlət səfərini edəcək


ABŞ Prezidenti Co Bayden Fransaya ilk dövlət səfərini edəcək.

Bu barədə Fransa Prezidenti Emmanuel Makronun ofisi məlumat yayıb.

Bildirilib ki, Prezident Makron iyunun 8-də Bayden və həyat yoldaşı Cilli qonaq edəcək.

Makronun ofisindən bildirilib ki, hər iki prezident “Ukraynaya sarsılmaz, uzunmüddətli dəstəyin ehtiyacını” müzakirə edəcəklər.

"Müzakirələr həmçinin iqlimlə bağlı məsələləri əhatə edəcək və xüsusilə iqtisadi, kosmik və nüvə sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsinə diqqət yetiriləcək", - bəyanatda deyilir.

Xatırladaq ki, gələn həftə Normandiyada böyük anım mərasimində 25 dövlət və hökumət başçısı iştirak edəcək. Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı gözlənilənlər arasındadır. Bayden də Normandiyada keçirilən D-Day-ın 80-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcək.

Geri dön