Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda NATO proqramı çərçivəsində icmal görüşü keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Bakıda NATO proqramı çərçivəsində icmal görüşü keçirilib

Bakıda NATO proqramı çərçivəsində icmal görüşü keçirilib


Bakıda NATO-nun Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində DEEP nümayəndə heyəti ilə illik icmal görüşü keçirilib.

Görüşdə Milli Müdafiə Universitetində (MMU) təhsil sisteminin inkişafı və ötən ilki təcrübələrin mübadiləsi, həmçinin cari ilin 7-10 oktyabr tarixlərində universitetin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq elmi konfrans mövzuları müzakirə olunub.
Milli Müdafiə Universitetinin tabeçiliyində olan təhsil müəssisələrində keçirilən görüşlərdə yerli və xarici təhsil ekspertləri, universitet nümayəndələri iştirak ediblər.
Nümayəndə heyəti Milli Müdafiə Universitetində təhsil sahəsində həyata keçirilən yenilikləri yüksək qiymətləndirib və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıb.



Geri dön