Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda TÜRKPA-nın 13-cü Plenar İclası keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Türk dünyası-Turan > Bakıda TÜRKPA-nın 13-cü Plenar İclası keçiriləcək

Bakıda TÜRKPA-nın 13-cü Plenar İclası keçiriləcək


İyunun 5-6-da Bakıda Milli Məclisin ev sahibliyi ilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA-nın) “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş 13-cü Plenar İclası keçiriləcək.

Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, tədbirdə TÜRKPA-ya üzv ölkələrin parlament spikerlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən TÜRKPA-da müşahidəçi üzvlərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Tədbir çərçivəsində Assambleya Şurasının toplantısı, TÜRKPA-nın 13-cü Plenar İclası, Qadın və Gənc Parlamentarilər qruplarının iclasları, TÜRKPA çərçivəsində parlament baş katiblərinin birinci görüşü və yekunda mətbuat konfransı keçiriləcək.

Geri dön